Xəzər Xəbər

Abşeronda BƏDBƏXT HADİSƏ: 4 yaşlı uşaq avtomobilin altında qaldı

Hadisə | 11:24 • 29 İyun 2020
Abşeronda BƏDBƏXT HADİSƏ:

Abşeronda bədbəxt hadisə baş verib.


XəzərXəbər hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.


Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.


Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub. Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləsdirilib. / "Report"

Xəbər lenti