Xəzər Xəbər

Masallıda avtomobil kanala aşdı, sürücü öldü

Hadisə | 10:08 • 2 İyun 2020
Masallıda avtomobil kanala aşdı, sürücü öldü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, rayonun Ərçivan kəndində "LADA" markalı minik avtomobilinin yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar