Xəzər Xəbər

Bakıda aptekə basqın edilib

Hadisə | 10:16 • 30 Aprel 2020
Bakıda aptekə basqın edilib

Bakıda aptekdə soyğunçuluq hadisəsi törədilib.

Hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki aptekdə qeydə alınıb.

Naməlum şəxs aptekə daxil olaraq əzçanı hədələyib. Həmin şəxs aptekdən 106 manat dəyərində tibbi məhsul götürüb və hadisə yerindən qaçıb.

Xəzər rayon 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E.Nurməhəmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar