Xəzər Xəbər

Saatlıda zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıb

Hadisə | 10:01 • 18 Aprel 2020
Saatlıda zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıb

Saatlı rayonunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Hadisə rayon ərazisindəki "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.

Zavodda çalışan İlham Zeyniyev idarə etdiyi avtokarla orada işləyən 1969-cu il təvəllüdlü Şəhla Abasovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib. (APA)

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin xəsarət alması ilə nəticələndə) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar