Xəzər Xəbər

Abşeronda əməliyyat: İki qardaş həbs edildi

Hadisə | 15:55 • 16 Aprel 2020
Abşeronda əməliyyat:

Abşeron rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 10-dan aprel ayının 14-dək olan müddətdə Xırdalan şəhərindəki evlərin birindən 2630 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rəhimov onun qardaşı T.Nəsrullayev saxlanılıblar.

Onların daha 3 evdən pul, məişət əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.

İstintaq araşdırması zamanı hər iki qardaşın əvvəllər məhkum olunduğu üzə çıxıb.

Xəbər lenti

Çox oxunanlar