Xəzər Xəbər

Təsərrüfat direktoru barəsində prokurorluğa şikayət olundu

Hadisə | 15:32 • 16 Aprel 2020
Təsərrüfat direktoru barəsində prokurorluğa şikayət olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

ETSN-dən verilən məlumata görə, araşdırma zamanı İmişli rayonu, Məmmədli kəndi ərazisində, "Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti