Xəzər Xəbər

Bakıda gözətçiyə qarşı quldurluq edilib

Hadisə | 14:59 • 18 Mart 2020
Bakıda gözətçiyə qarşı quldurluq edilib

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə martın 17-də rayon ərazisindəki MTK-ların birinin gözətçi otağına gəlmiş bir nəfərin gözətçi, Abşeron rayon sakini T.Fərəcovu bıçaqla hədələyərək 100 manatını alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Axundov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Çox oxunanlar