Xəzər Xəbər

Bakıda keçmiş məhkumun avtomobildən 5 kq-dan çox marixuana aşkarlanıb

Hadisə | 14:28 • 12 Mart 2020
Bakıda keçmiş məhkumun avtomobildən 5 kq-dan çox marixuana aşkarlanıb
Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan çox metamfetamin və metadon, "Nissan” markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər lenti