Xəzər Xəbər

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar

Hadisə | 17:13 • 11 Mart 2020
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Bakı şəhər sakini S.Babayevanın içərisində 630 manat pulu, mobil telefonu, şəxsiyyət vəsiqəsi və təqaüd kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum edilmiş E.Qədirov və Xocalı rayon sakini T.Paşayev Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar