Xəzər Xəbər

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Hadisə | 13:40 • 9 Mart 2020
Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Zaqatalada zavoddan oğurluq edən şəxsin saxlanıması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20 000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bundan başqa, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Mirzəmməd kəndində yaşayan əvvəllər məhkum olmuş Z.Mehrəliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 12 kiloqram 964 qramdan çox mariuxana və 30 kiloqram 750 qram çətənə kolunun hissələri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar