Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: ölənlər və yaralananlar var

Hadisə | 14:13 • 6 Mart 2020
Azərbaycanda DƏHŞƏT:

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti