Xəzər Xəbər

Qusarda avtomobil aşdı FHN xilas etdi

Hadisə | 14:20 • 12 Yanvar 2020
Qusarda avtomobil aşdı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Qusar rayonunda "ВАЗ” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

XəzərXəbər nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb.

Yaralı aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar