Xəzər Xəbər

Binəqədi rayonunda dörd otaqlı ev yanıb

Hadisə | 09:13 • 6 Yanvar 2020
Binəqədi rayonunda dörd otaqlı ev yanıb

Binəqədi rayonunda güclü yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, hadisə ümumi sahəsi 100 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli 4 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti