Xəzər Xəbər

Nazirlik Azərbaycanda 4 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Hadisə | 17:05 • 28 Dekabr 2019
Nazirlik Azərbaycanda 4 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Şirvan şəhərində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin saytı xəbər verir ki, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi "Hyundai Santa fe” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti