Xəzər Xəbər

Bakı-Quba yolunda ağır qəza Gənc qız öldü

Hadisə | 12:01 • 17 Dekabr 2019
Bakı-Quba yolunda ağır qəza

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dekabrın 16-da saat 23:15 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Orxan Çingiz oğlunun idarə etdiyi "Mercedes-Benz E220” markalı minik avtomobili yolu keçən piyada, təxminən, 23-25 yaşlarında olan qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Xəbər lenti