Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, orada yaşayan A.Məmmədov idarə etdiyi "Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.