Xəzər Xəbər

Deputata silahlı hücum - 3 yaşlı oğlu öldürüldü

Hadisə | 09:45 • 2 Dekabr 2019
Deputata silahlı hücum - 3 yaşlı oğlu öldürüldü

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, "Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.

"Report” "TASS”a istinadən xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Qeyd olunub ki, silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

İş adamına silahlı hücum Kiyev şəhərinin Leo Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti