Xəzər Xəbər

Binəqədi ağır qəza - iki nəfər ölüb

Hadisə | 15:08 • 30 Noyabr 2019
Binəqədi ağır qəza - iki nəfər ölüb

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi "Khazar” markalı avtomobili paytaxt sakini E.Rzayevin idarə etdiyi "Mercedes” markalı avtomobilə vurub. Zərbədən "Khazar” markalı avtomobil yol ayrıcına çırpılıb. Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.


Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində isə rayon sakini Gündüz Mirzəyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb. Sürücü suda boğularaq ölüb.


Hadisələrlə bağlı araşdırma aparılır.

Xəbər lenti