Xəzər Xəbər

Masazırda ata və 25 yaşlı qızını döyüb sümüklərini sındırdılar

Hadisə | 15:26 • 26 Noyabr 2019
Masazırda ata və 25 yaşlı qızını döyüb

Masazırda gecə saatlarında ata ilə qızı döyülüb.

Abşeron rayonunun Masazır qəsəbəsində naməlum şəxslər ata ilə qızı döyüblər.

Döyülən şəxslər ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 1966-cı il təvəllüdlü Əhmədov Əfqan Süleyman oğluna alt çənənin sınığı və 1994-cü il təvəllüdlü Ramazanova Aysel Əfqan qızına isə burun sınığı diaqnozu qoyulub.

Hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.(Trend)

Xəbər lenti