Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAz" markalı yük avtomobili "VAZ- 21015" markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.