Xəzər Xəbər

BƏRDƏDƏ FACİƏ: Qatar qadının qolunu kəsdi

Hadisə | 14:20 • 25 Oktyabr 2019
BƏRDƏDƏ FACİƏ:

Bərdənin Alaçadırlı kəndində məskunlaşan Ağdam rayon sakinini qatar vurub.

Köçərli-Bakı sərnişin qatarının vurduğu 1978-ci il təvəllüdlü Quliyeva Mənsurə Fərhad qızı Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər M.Quliyevanın sol qolunu çiyindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti