Xəzər Xəbər

Salyandan paytaxta gələn şəxsə qarşı dəhşətli əməl TƏFƏRRÜAT

Hadisə | 12:37 • 8 Oktyabr 2019
Salyandan paytaxta gələn şəxsə qarşı dəhşətli əməl

Bakının Yasamal rayonunda quldurluq olub.

XəzərXəbər xəbər verir ki, Daxili İşlər Nazirliyinin "102” Zəng-Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində "Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti