Xəzər Xəbər

Bakıda kafedə yanğın olub

Hadisə | 10:06 • 29 Sentyabr 2019
Bakıda kafedə yanğın olub

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, içərisində 5 ədəd televizor və 1 ədəd soyuducu yanıb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti