Xəzər Xəbər

Sərnişinin çamadanından 88 ilan çıxdı – Limanda şok anlar

Hadisə | 15:07 • 13 Sentyabr 2019
Sərnişinin çamadanından 88 ilan çıxdı

Vyana hava limanında Filippində yaşayan avstraliyalı bir şəxsin çamadanından 43-ü zəhərli olmaqla 88 canlı sürünən çıxıb.

Sürünənlər gömrük əməkdaşlarının çamadana baxışı zamanı aşkar olunub.

Açıqlamada 20-si nəsli tükənməkdə olan ilanın Filippindən Almaniyaya satmaq üçün qeyri-qanuni yolla gətirildiyi bildirilib.

Heyvanlar Vyanada yerləşən Şönbörn Zooparkı və Klaqenfurtdakı Sürünən Heyvanlar Mərkəzinə aparılıb.

Heyvan qaçaqmalçılığı ilə məşğul olan şəxs barəsində qanunsuz olaraq heyvan növlərinin ticarəti ilə məşğul olmaq və qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb./Teleqraf.com

Xəbər lenti