Xəzər Xəbər

Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Hadisə | 12:33 • 13 Sentyabr 2019
Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb.

O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib. Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılanH.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.

H.Abdulkərimov Şəki rayonuKöndələn kənd orta məktəbində müəllim kimi çalışıb.

Meyitə baxış keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar