Xəzər Xəbər

Paytaxtda iki nəfərin bank hesabından pul oğurlanıb

Hadisə | 17:45 • 7 Sentyabr 2019
Paytaxtda iki nəfərin bank hesabından pul oğurlanıb

Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini O.Cəlilov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, O.Cəlilov əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti