Xəzər Xəbər

Bakıda naməlum şəxs köşkə basqın edib

Hadisə | 09:41 • 7 Sentyabr 2019
Bakıda naməlum şəxs köşkə basqın edib

Nizami rayonunda quldurluq hadisəsi baş verib.


Nizami rayonu Babək prospektində yerləşən köşkdə satıcı 1996-ci il təvəllüdlü Umudov Hacıağa İlham oğluna naməlum şəxs yaxınlaşaraq onu bıçaqla hədələyib.


Onun mobil telefonunu və kassada olan 50 manat pulunu quldurluq yolu ilə ələ keçirən şəxs oradan qaçaraq uzaqlaşıb.


Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb. (APA)

Xəbər lenti

Çox oxunanlar