Xəzər Xəbər

Bakıda qətl törədən şəxs polisə təslim olub

Hadisə | 12:40 • 5 Sentyabr 2019
Bakıda qətl törədən şəxs polisə təslim olub

Bakıda qətl törədən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci polis bölməsinə məlumat daxil olub.


Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gələrək istintaqa təslim olub.

Xəbər lenti