Xəzər Xəbər

Maşına girib, telefon və 800 manat oğurladı, tutuldu

Hadisə | 11:56 • 31 Avqust 2019
Maşına girib, telefon və 800 manat oğurladı, tutuldu

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsuz VAZ-2107 markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində Redmi Not-7 markalı telefon və 810 manat nağd pul oğurlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti