Xəzər Xəbər

Hacıqabulda yol qəzası: ÖLƏNLƏR VAR

Hadisə | 09:50 • 31 Avqust 2019
Hacıqabulda yol qəzası:

Hacıqabul rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Hadisə Hacıqabul şəhəri Heydər Əliyev prospektində yerləşən uşaq bağçası yaxınlığında baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə etdiyi "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən "KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107”nin sürücüsü və avtomobildə olan daha 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (Report).

Xəbər lenti

Çox oxunanlar