Xəzər Xəbər

Agentlik Qəbələdəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

Hadisə | 10:17 • 6 Avqust 2019
Agentlik Qəbələdəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Agentlikdən XəzərXəbər-ə verilən məlumata görə, hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb. Onların 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir.

Xəbər lenti

Çox oxunanlar