Xəzər Xəbər

Bakıda 18 yaşlı gənc küçədə qarət olunub

Hadisə | 11:21 • 9 İyul 2019
Bakıda 18 yaşlı gənc küçədə qarət olunub

Bakıda yeniyetmə oğlan qarət olunub.

Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 134 saylı ünvanın qarşısında baş verib.

Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Azadəliyev Murad Elxan oğlu tanışı Azər adlı şəxs tərəfindən təzyiqlərə məruz qalıb. Həmin şəxs M.Azadəliyevə hədə-qorxu gələrək onun "Samsung S-9" markalı telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı polis araşdırmalara başlayıb. (Trend)

Xəbər lenti