Xəzər Xəbər

Qazaxda ağır qəza - Xəsarət alanlar var

Hadisə | 10:33 • 5 İyul 2019
Qazaxda ağır qəza - Xəsarət alanlar var

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" məlumatına görə, hadisə Çaylı kənd yolunda qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı sexin divarına çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Onlar Qazax rayon sakinləri - 1985-ci il təvəllüdlü Allahverdiyev Rasim Qədir oğlu, 1985-ci il təvəllüdlü Mustafayev Pərviz Nəbi oğlu, Əhmədov Elvin və daha bir nəfərdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti