Xəzər Xəbər

Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürdü

Hadisə | 09:42 • 26 İyun 2019
Salyanda 24 yaşlı gənci traktor vuraraq öldürdü

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Orxan Elxan oğlu yolla gedərkən onu taraktor vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır (Report).

Xəbər lenti