Türkiyənin Ədirnə vilayətinin Yunanıstanla sərhəddə yerləşən Meriç mahalında qeyri-qanunu miqrantları daşıyan mikroavtobus səhər saatlarında qəzaya uğrayıb.
Ədirnə valisi Əkrəm Canalp qəzada 10 nəfərin öldüyünü söyləyib.
Yaralananların olduğu bildirilir.
Hadisə yerinə tibbi xidmət və jandarma qrupları cəlb edilib./publika.az