Xəzər Xəbər

Bakıda yoxa çıxan avtomobil 1 il sonra tapıldı – 2 NƏFƏR HƏBS EDİLDİ

Hadisə | 16:03 • 20 May 2019
Bakıda yoxa çıxan avtomobil 1 il sonra tapıldı

Bakıda nəqliyyat vasitəsini oğurlayan şəxslər tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 18-də Qaradağ RPİ 10-cu PB-nə müraciət edən Bakı şəhər sakini R.Seyidov 2018-ci ilin may ayının 18-də "KİA” markalı avtomobilinin oğurlandığını bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Əhmədov və Ə.Məmmədli avtomobillə birgə saxlanılıb.

Xəbər lenti