Xəzər Xəbər

FHN liftdə qalan 6 nəfəri xilas etdi

Hadisə | 11:15 • 4 May 2019
FHN liftdə qalan 6 nəfəri xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

XəzərXəbər-ə FHN-dən verilən məlumata görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Xəbər lenti