Xəzər Xəbər

Paytaxtda mağazadan 10 mobil telefon oğurlanıb

Hadisə | 16:02 • 30 Aprel 2019
Paytaxtda mağazadan 10 mobil telefon oğurlanıb

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğun mağazanın qapısının qırılaraq törədildiyi müəyyən edilib.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar