Xəzər Xəbər

Maşının hər tərəfini əzib, şüşələrini qırdılar – GECƏYARISI BAKIDA

Hadisə | 12:52 • 30 Aprel 2019
Maşının hər tərəfini əzib, şüşələrini qırdılar

Bakıda başqasının əmlakına ziyan vuran şəxslər tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun "Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılıblar.

Xəbər lenti

Çox oxunanlar