Xəzər Xəbər

Bakıda bağban qətl törətdi Polisə zəng edib “narahat olmayın” dedi

Hadisə | 13:59 • 29 Aprel 2019
Bakıda bağban qətl törətdi

Ötən həftə Bakının Xəzər rayonunda xüsusi qəddarlıqlatörədilmiş qətl hadisəsiqeydə alınıb.

XəzərXəbər-ə bu haqda Xəzər rayon prokurorluğundan məlumat verilib.

Aprelin 29-da Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçin meyiti aşkarlanıb. Meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmişyaralar olub.

Qurbanı telefon zəngindən sonra aşkarlamaq mümkün olub.

46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğlupolisə zəng edərək, qətl törətdiyini bildirib.R.İlyasov polis əməkdaşlarının narahat olmamasını istəyib, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini vurğulayıb. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.

Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib. Qatilqurbanının bədənində salamat yer qoymayıb.

İlkin məlumata görə, Musayev başqa ərazidə yaşayır. Aprelin 28-də İlyasovun yanınaqonaq qismində gəlib. Münaqişənin qısqanclıq zəminində meydana gəldiyi ehtimal edilir. Ancaq qatil hələ saxlanılmadığından, bu variant tam təsdiqini tapmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti