Xəzər Xəbər

Yasamalda ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib

Hadisə | 09:09 • 22 Aprel 2019
Yasamalda ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib

Bakıda azyaşlıların xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytında istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Ümumi sahəsi 12 kvadratmetr olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb. Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib. Azyaşlılar yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti