Xəzər Xəbər

Bakıda bədbəxt hadisə - Maşinist öldü

Hadisə | 11:24 • 17 Aprel 2019
Bakıda bədbəxt hadisə - Maşinist öldü

Bakıda teplovozdan yıxılan maşinist ölüb.

XəzərXəbər-in məlumatına görə, hadisə Bakının Nəriman Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Z.Bünyadov prospektində "Azərbaycan Dəmir Yolları”QSC-yəməxsus olan teplovoz Keşlə stansiyasından keçən istiqamətdə bədbəxt hadisə baş verib.

Maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından "Bakı Metropoliteni”nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıq səbəbindən oradan yıxılıb. O,hadisə yerində dünyasını dəyişib.

Faktla bağlıProkurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başladılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti