Xəzər Xəbər

Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb

Hadisə | 10:18 • 11 Aprel 2019
Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb

Bakıda tikintidə bədbəxt hadisə baş verib.


Hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.


Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti