Xəzər Xəbər

Bakıda metronun üstündə DƏHŞƏTLİ QƏZA Hadisə yerindən görüntülər - FOTO

Hadisə | 10:21 • 5 Aprel 2019
Bakıda metronun üstündə DƏHŞƏTLİ QƏZA

Ötən gecə Bakının mərkəzində ağır yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, Nərimanov rayonu ərazisində - metronun "Nəriman Nərimanov” stansiyasının üzərində "Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində - "Mado” restoranının önündə baş verən hadisə zamanı "Mercedes”in sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.



Xəbər lenti