Xəzər Xəbər

Bakı sakini Yunanıstan vətəndaşını aldadıb

Hadisə | 17:10 • 30 Mart 2019
Bakı sakini Yunanıstan vətəndaşını aldadıb

Bakı sakini Yunanıstan vətəndaşına qarşı dələduzluq edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinə Yunanıstan vətəndaşı, 1975-ci il təvəllüdlü Anastosios Yepsilantis müraciət edib.

Yunanlı bildirib ki, o, oktyabrın 29-da Bakı şəhəri Xətai rayonu, Sadıqcan küçəsi 1 ünvanında yerləşən "Western Union" vasitəsilə "Tube Magnaum Piko" maddəsi almaq üçün Azər adlı şəxsin hesabına 700 avro köçürüb. Azər adlı şəxs isə ona əvəzində xarab olmuş maddə göndərib.

Faktla bağlı araşdırmalar aparılır. (Trend)

Xəbər lenti

Çox oxunanlar