Xəzər Xəbər

Həmkəndlisini bıçaqlayan şəxs tutuldu

Hadisə | 11:35 • 7 Mart 2019
Həmkəndlisini bıçaqlayan şəxs tutuldu
Martın 3-ü gecə radələrində Ağcabədi rayon Hüsülü kəndi ərazisindən Rey Rüstəmovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Elçin Verdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar