Xəzər Xəbər

Babək prospektində dəhşətli qəza – ÖLƏN VAR

Hadisə | 09:44 • 7 Mart 2019
Babək prospektində dəhşətli qəza

Ötən gecə Bakı şəhər Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, Babək prospektinin üzü mərkəzə doğru olan hissəsində "Nissan” markalı, 90 SE 567 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən 35-40 yaşlı kişini vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerində keçinib.

İlkin araşdırmalar zamanı ölən şəxsin Türkiyə Cumhuriyyəti vətəndaşı, 1982-ci il təvəllüdlü Kırmaz Serkan Mehti oğlu olması müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti