Xəzər Xəbər

Qadın alveri ilə məşğul olan Bakı sakini saxlanılıb

Hadisə | 15:40 • 28 Fevral 2019
Qadın alveri ilə məşğul olan Bakı sakini saxlanılıb

Bakı şəhər sakininin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları cinsi istismara məruz qoyması ilə bağlı fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti