Xəzər Xəbər

DİN “Tamerlan” kafesində əməliyyat keçirdi Ana, oğul və 5 əxlaqsız qadın saxlanıldı

Hadisə | 16:27 • 27 Fevral 2019
DİN “Tamerlan” kafesində əməliyyat keçirdi

Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın "Tamerlan” adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub.


DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq RPŞ-nə gətirilib.


Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar