Xəzər Xəbər

Bakıda piyada avtobusun altında qalıb

Hadisə | 11:09 • 24 Fevral 2019
Bakıda piyada avtobusun altında qalıb

Bakı şəhərinin Suraxanı rayonunda dayanacaqda durmuş piyada avtobusun altına yıxılıb.


"Report” xəbər verir ki, piyadanın xilas olunması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.


Xilasedicilər hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar